“Tottenhem”dən yeni transfer
- 16 İyn 2022 12:30
- 458
İngiltərənin “Tottenhem” klubu heyətinə yeni futbolçu qatıb.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi “Brayton”un yarımmüdafiəçisi İves Bissumanı transfer edib.
25 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
“Tottenhem” malili oyunçuya görə qarşı tərəfə 25 milyon avro və əlavə olaraq bonuslar ödəyəcək.