
“Tottenhem” 80 milyon zərərə uğradı
- 24 Noy 2021 19:00
- 498
İngiltərənin “Tottenhem” klubunun 2020/21 mövsümü üçün maliyyə hesabatı məlum olub.
Rekord.az xəbər verir ki, London təmsilçisi ötən mövsümü 80,2 milyon funt-sterlinq zərərlə başa vurub.
Bu barədə “Sky Sports” telekanalı məlumat yayıb. “Tottenhem”in borcu isə 706 milyon funt-sterlinqdir.
Klubun ötən mövsümkü gəliri 361,9 milyon funt-sterlinq təşkil edib. Bu, ötən ilə nisbətən 40,5 milyon avro azdır.