Məlum olduğu kimi bütün karyerasını ''Napoli''yə həsr edən Lorenso İnsinye artıq Kanada təmsilçisi ''Toronto'' ilə müqavilə imzalayıb.

Rekord.az xəbər verir ki, dördillik anlaşma bu ilin iyulun 1-dən qüvvəyə minəcək.

Yeni klubunda onun illik məvacibi 12 milyon avroya bərabər olacaq. Bu arada ''Toronto''nun prezidenti Bill Menninq 30 yaşlı futbolçunun keçidi ilə bağlı maraqlı açıqlama verərək bunları deyib: ''İtaliya yığmasının AÇ-dəki zəfərindən sonra onlarda hansı futbolçunun öz klubu ilə müqaviləsinin başa çatmaq üzrə olduğunu öyrənmək üçün ''Transfermarkt'' saytına daxil oldum.

Gördüm ki, bu cür durumda olan azsaylı oyunçulardan biri məhz İnsinyedi. Sonra özüm üçün kommersiya bazarında az-çox dəyəri olan oyunçuların siyahısını müəyyənləşdirdim. Ardınca klubun sahibi Maple Leaf Sports & Entertainment Ltd (MLSE) şirkətinə öz planlarımı açıqladım. Orda qarşıdakı 5 ildə klubumuzu dirçəltməyin yolları əks olunmuşdu. Həmin siyahıda İnsinye birinci pillədə idi''.