“Tik-Tok” AÇ-nin rəsmi sponsoru oldu
- 2022-05-12 18:45
- 442
“Tik-Tok” sosial şəbəkəsi bu il İngiltərədə qadınlar arasında keçiriləcək futbol üzrə Avropa çempionatının rəsmi sponsoru olub.
Rekord.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Qitə futbol qurumu yarış vaxtı sosial şəbəkə ilə əməkdaşlıq edəcək. AÇ-2022-dən əvvəl "Tik-Tok"da yarışın rəsmi səhifəsi istifadəyə veriləcək və eksklüziv görüntülər təqdim olunacaq.
Qeyd edək ki, Avropa çempionatı 6-31 iyulda gerçəkləşəcək.