"Texnotech" şirkəti "Məhəllə Uşaqları"na dəstək olacaq - Foto
- 17:53
- 61
Sumqayıtı AFFA Həvəskar Liqasında bu il də təmsil edəcək "Məhəllə Uşaqları" Futbol Klubu yeni dəstəkçi ilə anlaşıb. "Rekord.az" xəbər verir ki, bu, şəhərin 9-cu mikrorayonu ərazisində yerləşən məişət avadanlıqları mağazası "Texnotech"dir.
Bu gün tərəflər arasında dəstək müqaviləsi imzalanıb. Sənədə klubun təsisçisi Orxan Abdullayev və şirkətin rəhbəri Rövşən Əliyev qol çəkiblər. Razılaşmaya əsasən, "Texnotech" şirkəti yarış vaxtı "Məhəllə Uşaqları" FK-nın ev və səfər xərclərini qarşılayacaq, komandanın yanında olaraq maksimum dəstək verəcək.
Klub Rövşən Əliyevə bu dəstəyinə təşəkkür edib, birlikdə uğur qazanacaqlarına əminliyini ifadə edib.