
Təxirə salınmış oyunun keçiriləcəyi vaxt açıqlandı
- 05 Dek 2021 13:30
- 468
Futzal üzrə Yüksək Liqanın IX turundan təxirə salınmış “Xilə” – “Baku Fire” oyununun keçirilmə tarixi müəyyənləşib.
Rekord.az xəbər verir ki, bu komandalar dekabrın 14-də, saat 18:15-də “Olimpik Star”da üz-üzə gələcəklər.
Xatırladaq ki, bu görüş “Xilə”nin bir neçə üzvünün səhhətində yaranmış problemlə əlaqədar müraciəti əsasında təxirə salınmışdı.