“Qalatasaray”dan ayrılan Fatih Terim klubla vidalaşıb.

Rekord.az xəbər verir ki, bu gün “Florya Mətin Oktay” bazasına gələn təcrübəli çalışdırıcı futbolçularla və işçilərlə sağollaşıb. 

Qeyd edək ki, bu, Fatih Terimin “Qalatasaray”dan 4-cü istefasıdır. O, 1996-2000, 2002-2004 və 2011-2013-cü illərdə də İstanbul təmsilçisinin çalışdırıcısı olub.