
Ter Ştegen "Nyukasl"ın təklifindən imtina etdi
- 20 Noy 2021 13:10
- 486
"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen "Nyukasl"ın təklifini rədd edib.
Rekord.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb.
Bildirilib ki, İngiltərə təmsilçisinin yeni rəhbərlərinin layihəsi hələ də alman qolkiperdə inam yaratmayıb. Bu səbəbdən o, transfer variantını düşünməyib.
Qeyd edək ki, Ştegenin Kataloniya təmsilçisi ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.