
Təkzib elədilər: Lənkəranda oynamayacayıq
- 24 Avq 2023 16:00
- 421
Yeni mövsümdən II Liqada oyayacaq "Lerik" komandasının ev oyunlarını Lənkəranda keçirəcəyinə dair məlumatlar yayılıb.
Lakin Rekord.az xəbər verir ki, komanda bununla bağlı məlumat yayaraq Lənkəran variantını təkzib edib:
Məlumatı sizin də diqqətinizə çatdırırıq:
"Bir sıra idman saytlarında dərc olunmuş “Lerik” PFK-nın ev oyunlarını Xəzər Lənkəran Mərkəzi Stadionunda keçirəcəyi ilə bağlı çıxan məlumat həqiqəti əks etdirmir. Komandamızın 2023/24-cü illər mövsümündə Futbol üzrə II Liqada hansı stadionda ev oyunlarını keçirəcəyi rəsmi olaraq sosial media hesablarımızdan elan olunacaq"