
Tacikistan millisinin üzvü hansı klubumuza təklif olunub?
- 03 Yan 2022 11:00
- 835
10 xalla 14 turdan sonra premyer-liqanın sonuncu pilləsində qərarlaşan "Səbail" heyətini gücləndirmək niyyətindədi.
Rekord.az xəbər verir ki, "dənizçilər" hücum xəttinə futbolçu axtarışındadı.
Bayıl təmsilçisinə Tacikistan millisinin üzvü Şeriddin Boboyev təklif olunub. 22 yaşlı forvard hazırda klubsuzdu. 182 sm boya malik hücumçunun son olaraq Malaziya təmsilçisi "Penanq"da çıxış edib. O, ötən mövsüm superliqada 22 qarşılaşmada 6 qol vurub, 4 ötürmə edib. Şeriddin Tacikistan millisinin heyətində 22 görüşdə meydanda olub. Bu qarşılaşmalarda cəmi 2 qol vurmağı bacarıb.
"Səbail" bu göstəricilərə malik futbolçu ilə "1+1" illik müqavilə imzalamaq istəyir. Məsələ ilə bağlı klubunun mövqeyini öyrənmək istədik. "Dənizçillər"in mətbuat xidmətinin rəhbəri Mehriban Mürsəlova xəbərlə bağlı bunları söylədi: "Bildiyiniz kimi, bayramla əlaqədar olaraq hamı istirahətdədi. Bu səbəbdən də transferlə bağlı heçnə müzakirə olunmur. İnşallah, tətildən sonra bu barədə sizə nəsə söyləyə bilərik". (sportinfo.az)