Sxadadze "Qəbələ"yə gürcü qapıçı gətirmək istəyir
- 09 İyl 2026 13:00
- 360
Rza Cəfərovun "Neftçi" yə qayıdışından sonra "Qəbələ" yeni qapıçı axtarışına çıxıb.
Rekord.az xəbər verir ki, 34 yaşlı Səlahət Ağayevin ümidinə qalan Kaxaber Sxadadze yeni qapıçıya ehtiyac duyur.
Əldə etdiyimiz məlumata görə o, həmyerlisi olan gürcü qapıçılardan birini "Qəbələ"yə gətirmək istəyir. Lakin burada maddi şərtlər də ciddi rol oynayacaq.