
Superkubok matçından öncə “Beşiktaş”da koronavirus şoku
- 01 Yan 2022 19:00
- 699
Türkiyənin “Beşiktaş” klubunun bir futbolçusunda koronavirus aşkarlanıb.
Rekord.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, virusa yoluxan futbolçunun adı açıqlanmayıb.
“Beşiktaş” Türkiyə superkuboku çərçivəsində yanvarında 5-də, Qətərin paytaxtı Dohada “Antalyaspor”la qarşılaşacaq.