Türkiyə Super Liqasında yeni mövsümün təqvimi müəyyənləşib.

Rekord.az Türkiyə Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, 19 klubun iştirak edəcəyi çempionat 5, 6, 7 və 8 avqust tarixlərində keçiriləcək matçlarla başlayacaq.

Mövsümə gələn il mayın 28-də yekun vurulacaq.

İlk turda aşağıda adları qeyd olunan komandalar üz-üzə gələcək:

Antalyaspor - Qalatasaray
Karagümrük - Alanyaspor
Beşiktaş - Kayserispor
Sivasspor - Qaziantep
Ankaragücü - Konyaspor
Başakşəhər - Kasımpaşa
İstanbulspor - Trabzonspor
Fənərbaxça - Ümraniyəspor
Girəsunspor - Adana Dəmirspor

Mövsümün açılış turunda "Hatayspor” oynamayacaq.