
Super Liqada daha bir baş məşqçi istefası
- 07 Sen 2023 22:01
- 338
“Kayserispor”un baş məşqçisi Çağdaş Atan vəzifəsindən istefa verib.
Rekord.az xəbər verir ki, bu barədə 43 yaşlı mütəxəssis öz sosial şəbəkə hesabında paylaşım edib.
O, Super Liqa təmsilçisindən ayrıldığını bildirib. Atan 2022-ci ilin yayından “Kayserispor”un baş məşqçisi postunda idi.
Çağdan Atanın Emre Belözoğlunu istefaya göndərən “Başakşəhər”in baş məşqçisi təyin olunacağı gözlənilir.