
Super Liqa klubundan baş məşqçisi ilə yeni müqavilə
- 08 Yan 2022 11:15
- 467
Türkiyənin “Konyaspor” komandasının baş məşqçisi İlhan Palut klubla yeni müqavilə imzalayıb.
Rekord.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
45 yaşlı mütəxəssislə 2 illik yeni müqavilə imzalanıb. Əvvəlki sözləşmə bu mövsümün sonuna kimi idi.
İlhan Palut 2021-ci ilin fevralından “Konyaspor”a rəhbərlik edir. Sözügedən komanda bu mövsüm Super Liqa çərçivəsində keçirdiyi 19 oyunda 11 qələbə qazanıb. Hesabında 39 xal olan kollektiv 20 iştirakçı arasında ikinci pillədə qərarlaşıb.