Türkiyənin “Alanyaspor” klubu 12 futbolçusu ilə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Runar Aleks Runarsson, Joher Rassul, Zuhair Feddal, Ahmet Gülay, Pedro Pereyra, İdrissa Dumbiya, Daniel Kandeyas, Vilson Eduardo, İvan Kavaleyro, Erencan Yardımcı, Eftimis Kuluris və Ahmed Hassanla müddəti bitən müqavilələr yenilənməyib.

Onlara xidmətlərinə görə təşəkkür edən klub gələcək karyeralarında uğurlar arzulayıb.