Xəbər verdiyimiz kimi, Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionu əsaslı şəkildə yenidən qurulur. 

Geridə qalan müddətdə arenada yetərincə böyük işlər görülüb. 16 min azarkeş tutumuna malik arenanın tribunaları hazırdı və üstləri də örtülüb. Bundan başqa, ofis və idman zalları üçün nəzərdə tutulan, 4 mərtəbədən ibarət inzibati binanın tikinisi yekunlaşıb, interyer işləri tamamlamaq lazımdı. Amma görünən odur ki, uzun müddətdir işlər dayandırılıb.

Bəs buna səbəb nədir? Tikinti işləri nə vaxt bərpa olunacaq?

Sumqayıt stadionunda tikinti işləri nə vaxt bərpa olunacaq? - ACİQLAMA

Rekord.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun direktoru Nadir Quliyev xeberle.com-a çıqlamasında vəziyyətə belə aydınlıq gətirib: "Cənab Prezidentin şəhərimizə son səfərindən sonra işlərdə artıq canlanma var. Bildiyiniz kimi, müharibə vaxtı, təxminən bir ilə yaxın müddətdir ki, stadionda tikinti işləri dayandırılıb. Artıq materialların bir hissəsi gətirilib, işçiləri də geri çağırırıq. Təxminən 1 həftə müddətində avadanlıqlar tam gətiriləcək və işçilər işə başlayacaq. İşlərin yekunlaşması proqnozunu verməyə tələsmək istəmirəm, çünki keçən ilin sonuna demişdik. Artıq növbəti il yekunlaşır, işlər tamamlanmayıb.”

Xatırladaq ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 1966-cı ildə istifadəyə verilib.  Son olaraq isə 2011-ci ildə meydandançada kosmetik təmir işləri aparılıb. 

Qeyd edək ki,  2019-cu ilin noyabrın 21-də stadionun yenidən qurulması məqsədilə Prezidentin Ehtiyat Fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat vəsait ayrılıb.

Xədicə Səxavətqızı

Sumqayıt stadionunda tikinti işləri nə vaxt bərpa olunacaq? - ACİQLAMA