Vaxtıilə saytımızda Almaniyada futbol oynayan Mətin Sərxanlı haqda məlumat vermişdik.

Rekord.az xəbər verir ki, "Herta"nın aşağı yaş qruplarından ibarət komandalarında forma geyinən Mətin perspektivli olması ilə diqqət çəkirdi.

"Sumqayıt" Futbol Akademiyasından çıxan solaxay futbolçu hazırda da Berlin təmsilçisində forma geyinir. Atası Xaqani Abdullayevin məlumatına görə, artıq "Nerta"nın U-19 komandasına da cəlb olunub və adı U-19-un yenilənmiş siyahısında yer tutub. Son turda iki qol vuran Mətinin hədəfi top klublardan birində forma geyinmməkdi.