"Sumqayıt" ekvadorlu futbolçu Xorden Rezaballa bütün məsələlərdə razılığa gəlib.

Rekord.az xəbər verir ki, ekvadorlu futbolçu həkim müayinəsindən keçib və rəsmi müqaviləyə imza atıb.

Klub ya bugün, ya da sabah bu məlumatı rəsmən açıqlayacaq. Bununla belə, futbolçunun adı "Qarabağ"la oyunun sifariş ərizəsinə salınmayacaq. Futbolçu ən yaxşı halda "Kəpəz"lə martın 1-də keçiriləcək ev matçında meydançaya çıxa biləcək.

Qeyd edək ki, Ekvadorun U-17, U-19, U-23 millilərində forma geyinmiş 24 yaşlı Rezabal ölkənin əsas millisinə dəvət almayıb. O, ölkəsində daha çox ortabab və aşağı liqalarda oynayıb