"Sumqayıt"In yeni baş məşqçisi də əcnəbi olacaq
- 20 May 2026 13:00
- 496
Saşa İliçin böyük ehtimalla "Sumqayıt"dan ayrılacağını yazmışdıq.
Rekord.az xəbər verir ki, serbiyalı mütəxəssis özü getmək istəyir.
Belə olan halda, yeni baş məşqçinin kimliyi maraq doğurur. Əldə etdiyimiz məlumata görə, "Sumqayıt"ın yeni baş məşqçisi də əcnəbi olacaq. Onun kimliyi və hansı ölkədən olması isə iyunun əvvəllərində məlum olacaq.