"Sumqayıt"ın U-13 komandası finalda
- 14 İyn 2022 10:20
- 505
"Sumqayıt" Futbol Alkademiyasının U-13 komandası növbəti uğurlu oyununu keçirib.
Rekord.az xəbər verir ki, baş məşqçisi Azad Mütəllimov, köməkçi məşqçi isə Rasim Əhmədov olan komanda yarımfinal mərhələsində "Şamaxı" ilə üz-üzə gəlib.
Gərgin keçən oyundan qələbə ilə ayrılan "Sumqayıt"ın U-13 komandası finala vəsiqə qazanıb. Finalda Sumqayıt təmsilçisinin rəqibi "Neftçi" olacaq.
Qeyd edək ki, Azal Mütəllimov və Rasim Əhmədov özləri də Sumqayıt futbol məktəbinin yetirmələridir və vaxtı ilə futbolçu kimi də Sumqayıt klublarının şərəfini qoruyublar.