
"Sumqayıt"ın qapıçısı "Neftçi" ilə bağlı məsələyə aydınlıq gətirdi
- 30 Apr 2023 11:00
- 998
"Sumqayıt"ın qapıçısı Aydın Bayramovun adı xeyli müddətdir ki, "Neftçi" ilə çəkilir. Hələ qış transfer dönəmində onun "ağ qaralar"a keçəcəyi deyildi. Lakin sonradan əlcək sahibi "Sumqayıt"da qalası oldu.
Rekord.az sözügedən məsələ ilə bağlı qapıçının özündən açıqlama almaq qərarına gəldi.
Bayramovun məsələyə reaksiyası belə oldu: "Neftçi" məsələsində heç bir reallıq yoxdur, heç kiminlə də danışıq aparmamışam. Hazırda "Sumqayıt"ın futbolçusuyam və mösümün sonuna kimi də müqaviləm var. Mövsümün sonunda oturub yenidən söhbət edəcəyik. O ki qaldı, "Sumqayıt"dan təklif olub-olmamasına, hələlik belə bir təklif yoxdur, əsas vəzifəmiz komandanı elitada saxlamaqdır. Bundan sonra bu məsələləri danışmaq olar".