
"Sumqayıt"ın məğlubiyyəti azarkeşləri özündən çıxardı, Rəhimə etiraz etdilər: "Niyə oynamırsınız?" VİDEO
- 30 Noy 2021 11:00
- 751
Ötən mövsümün bürünc medalçısı "Sumqayıt"ın yeni mövsüm işləri heç də yaxşı getmir.
Rekord.az xəbər verir ki, komanda ardıcıl üç oyundu məğlubiyyət yaşayır. Turnir cədvəlində isə "kimyaçılar"ı sonuncu pillədən cəmi 2 xal ayırır. Yaranmış durum yerli azarkeşləri də narahat etməyə başlayıb.
Dünən "Zirə" ilə qarşılaşmadan sonra yaşananlar bunu əyani sübut edir.
Belə ki, matçdan sonra komandanın stajlı azarkeşlərindən biri Rəhim Sadıxovun önünü kəsərək, "Niyə oynamırsınız? Belə nə vaxta qədər davam edəcək?" deyərək, yaşanan uğursuluqlara görə kəskin etiraz edib.
Bu zaman futbolçunun xanımı da yanında olub.
Millinizin də formasını geyinən yarımmüdafiəçi qarşılaşdığı mənzərədən şoka düşərək "mən nə edə bilərəm axı?" cavabı ilə kifayətlənib.
Qarşılıqlı söz atışmasının sonunda tərflər xoşluqla ayrılıb. Sonda yaşlı azarkeş futbolçuya qarşıdakı matçlarda uğurlar arzulayıb.
Rəhim Sadıxovla azarkeş arasında yaşanan dialoqun videosunu sizə təqdim edirik: