"Sumqayıt"ın futbolçusu Əmir Ağayev tərbiyəsiz hərəkətlə gündəmə gəlib.

"Rekord.az" xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi sosial şəbəkədə cinsi orqanını nümayiş etdirən bəbir paylaşıb. Bu, "Çəhrayı bəbir" cizgi filminin qəhrəmanıdır.

Ağayev Sportnet.az-a açıqlamasında uşaqların dayəsinin bəbirin quyruğunu kəsdiyini və belə görkəmə saldığını bildirib. Lakin futbolçu mənasız və şit zarafatına görə üzr istəməyib: "Kimin problemi varsa, mənim səhifəmə baxmasın".  

Qeyd edək ki, Əmir Ağayev "Sumqayıt"a 2019-cu il yanvarın 31-də keçib. "Bney Yehuda" klubunun yetirməsinin müqaviləsi cari mövsümün sonunadəkdir. 28 yaşlı yarımmüdafiəçinin Azərbaycan millisinə cəlb olunması da gündəmdədir.