Misli Premyer Liqasının 19-cu turu çərçivəsində yanvarın 25-də səfərdə "Zirə"nin qonağı olacaq "Sumqayıt"da ciddi itki var.

Rekord.az xəbər verir ki, komandanın aparıcı futbolçularından olan Vüqar Mustafayev bu oyunda "Sumqayıt"a kömək edə bilməyəcək.

O, sarı vərəqə limitini aşdığı üçün məcburi dincələcək.

Qeyd edək ki, "Zirə" - "Sumqayıt" matçı saat 16:30-da start götürəcək.