“Sumqayıt”ın yeni baş məşqçisi məlum olub.


Rekord.az xəbər verir ki, klub portuqaliyalı mütəxəssis Filipe Kandido ilə 1 illik müqavilə imzalayıb.


Bu gün klubun təsisçisi və baş sponsoru olan “Azərikimya” İB-nin ofisində təşkilatın baş direktoru və klubun Müşahidə Şurasının sədri Elnur Məmmədli yeni baş məşqçini qəbul edib. Sədr portuqaliyalı mütəxəssisə xatirə hədiyyələri təqdim edib qarşıdakı mövsümdə işlərində uğurlar arzulayıb.