Azərbaycanın tanınmış məşqçilərindən olan Sabir Əliyev bu yaxınlarda dünyasını dəyişdi. O, "Sumqayıt" Futbol Akademiyasında aşağı yaş qruplarından ibarət komandaların baş koordinatoru kimi çalışırdı.

Rekord.az xəbər verir ki, hələlik Əliyevin yerinə yeni rəsmi təyinat olmayıb.

Hazırda bu işin icrası digər bir təcrübəli mütəxəssis Ağamusa Bağırova həvalə olunub.