"Sumqayıt"dan ayrılan türk yenidən kluba qayıdır?
- 04 Sen 2026 17:00
- 248
Bir müddət bundan öncə "Sumqayıt" Futbol Akademiyasının direktoru postundan ayrılan Hakan Sünel yenidən kluba dönə bilər.
Rekord.az xəbər verir ki, türk mütəxəssis ötən gün "Sumqayıt"ın bazasına baş çəkib.
Ehtimal olunur ki, onun dönüşü yeni işi ilə bağlı müzakirələrlə bağlı olub. Sünalın bu dəfə akademiyada yox, klubda hansısa vəzifə tutacağı gözlənilir.