
“Sumqayıt”dan 7 min maaş istəyir?
- 06 Yan 2022 14:00
- 924
“Sumqayıt”ın Mirabdulla Abbasovu “Neftçi”dən icarəyə götürmək istəyi hələ də baş tutmur.
Rekord.az xəbər verir ki, əsas problem maliyyə ilə bağlıdır.
Belə ki, Abbasov “Neftçi”də 8-9 in manat aralığında maaş alır. “Sumqayıt”ın isə o qədər maaşı vermək imkanı yoxdur. Mirabdullanın özünə gəlincə, futbolçu ən azı aylıq 7 min manat maaş istəyir. “Sumqayıt”ın maddi durumu bunu da ödəməyə imkan vermir. Odur ki, məsələ dalana dirənib.