
“Sumqayıt”da bu mövsüm legioner olmayacaq
- 06 Yan 2022 17:00
- 577
Aleksey Baqanın baş məşqçi təyinatından sonra çoxlarında belə təəssürat yarandı ki, “Sumqayıt” legioner futbolçu ilə bağlı qadağanı da götürəcək.
Lakin Rekord.az-a daxil olan məlumata görə, hazırda belə bir məsələ gündəmdə deyil.
Yəni rəhbərlik bu dəqiqə yalnız yerli futbolçu axtarışındadır. Növbəti mövsümdə legioner qadağasının qaldırılıb-qaldırılmayacağı məsələsi isə ən tezi iyunda müzakirə oluna bilər.