"Sumqayıt" yenidən qurulacaq: bu dəfə daha iddialı
- 13:00
- 64
Cari mövsüm avrokuboklara vəsiqə qazana bilməyən "Sumqayıt"da ciddi dəyişikliklər gözlənilir.
Rekord.az-ın əldə etdiyi məlumata görə heyət demək olar ki, yenidən qurulacaq.
Son mövsüm komandada forma geyinən əksər futbolçuların "Sumqayıt"ı tərk edəcəyi gözlənilir. Mehdi Cənnətov, Daniel Beskorovayni, Ronaldo Vaskes, Nikola Ninkoviç, Emil Mustafayev, Aleksandr Ramalinqom böyük ölçüdə növbəti mövsüm "Sumqayıt"da olmayacaq. Kapitan Səbuhi Abdullazadənin də qalacağı sual altındadır. Klubla müqaviləsi davam edən, lakin ümidləri doğrultmayan bəzi legionerlərlə də müqaviləyə xitam verilməsi haqda danışıqlar olacaq. Əvəzində komandaya daha səviyyəli futbolçuların transferi gündəmdədir. Təsadüfi deyil ki, Braziliyaya yollanan klub prezidenti Riad Rəfiyev də bir sıra futbolçuları gözaltı edib.