
"Sumqayıt" yeni legionerlər transfer edəcək
- 08 Dek 2022 16:00
- 520
Qış hazırlığını Türkiyənin Antalya şəhərində keçəcək "Sumqayıt" heyətinə yeni legionerlər cəlb edəcək.
Rekord.az-a daxil olan məlumata görə, Sumqayıt təmsilçisi ən azı 4 legioner almağı planlaşdırır.
Hazırda bunun üzərində iş gedir və danışıqlara start verilib. Yeni legionerlər komandaya məhz Antalyada qoşulacaq və müqavilə də orada imzalanacaq.