"Sumqayıt" Vüqar Bəybalayev və Tural Bayramlını ilə maraqlanmalar haqda məlumatı təsdiqləyib. 

Rekord.az-a açıqlama verən klubun mətbuat katibi Rəşad Məmmədov bu futbolçuların onların maraq dairəsində olduğunu bildirib.

lakin klub rəsmisi hələlik bu futbolçularla rəsmi müqavilə bağlanmadığını, yekun qərarın yeni baş məşqçi Aleksey Baqa tərəfindən veriləcəyini bildirdi. 

Eyni zamanda mətbuatda "Sabah"ın futbolçusu Arsen Ağcabəyovun icarəyə götürülməsi haqda da məlumatlar dolaşır. Lakin Məmmədov bu məlumatı təkzib elədi: "Ağcabəyovla maraqlanmağımız haqda məlumatı ilk dəfə sizdən eşidirəm".