"Sumqayıt" və "Səbail"in sabiq futbolçusu "Gəncəbasar"da
- 01 Sen 2026 15:00
- 259
I Liqa təmsilçisi "Gəncəbasar" heyətini daha bir futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Gəncə təmsilçisi Süleyman Əhmədovla anlaşıb.
Əhmədov vaxtı ilə "Sumqayıt" və "Səbail"dəki çıxışları ilə tanınıb. Onun son klubu "Karvan" olub.