"Sumqayıt" bir neçə yerli futbolçu ilə danışıq aparsa da bu danışıqları müvəqqəti dayandırıb.

Rekord.az xəbər verir ki, transferlə bağlı bütün məsələlər yeni baş məşqçi Aleksey Baqanın Azərbaycana gəlişinə saxlanılıb.

Onun gəlişindən sonra rəhbərliyin planında olduğu futbolçularla bağlı Baqaya məlumat veriləcək və yalnız onun razılıq verdiyi, onun planına daxil oan futbolçularla danışıqlar yenidən bərpa ediləcək.