
Sumqayıt stadionundan yeni xəbər: "Görüləcək işlərlə bağlı yekun cədvəl hazırlanıb"
- 08 Yan 2022 13:00
- 653
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda aparılan yenidənqurma işləri dayandırılıb. İşlərin dayandırılmasına səbəb isə maliyyə çatışmazlığıdır.
Rekord.az xəbər verir ki, bu barədə xeberle.com-a açıqlamasında M. Hüseynzadə adına Sumqayıt şəhər stadionunun direktoru Nadiq Quliev bildirib.
N. Quliyevin sözlərinə görə, bu günlərdə İqtisadiyyat nazrliyinin əməkdaşları stadiona baxış keçirib, işlərin yekunlaşması üçün lazım olan vəsaitin məbləğini hesablayıblar: "Görüləcək işlərlə bağlı yekun cədvəl hazırlanıb. Yanvar ayı ərzində əlavə büdcənin ayrılması nəzərdə tutulur. Maliyyə vəsaiti ayrılandan sonra stadionda son tamamlanma işləri aparlıb təhvil veriləcək.