
“Sumqayıt” “Şkupi”yə məğlub oldu
- 22 Yan 2022 18:59
- 560
Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün sonuncu yoxlama oyununu keçirib.
Rekord.az xəbər verir ki, Aleksey Baqanın çalışdırdığı kollektiv üçüncü sınaq matçında Şimali Makedoniyanın “Şkupi” komandası ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı matç sumqayıtlıların məğlubiyyəti ilə başa çatıb.
“Sumqayıt” buna qədər Antalyada iki yoxlama oyunu keçirmişdi. Sözügedən komanda Almaniyanın “Berliner AK” klubuna 2:5 hesabı ilə uduzub, Polşa “Yagelloniya”sı ilə isə qolsuz heç-heçə etmişdi.
Yoxlama oyunu
22 yanvar
Sumqayıt – Şkupi 1:2