Həftəsonu "Sumqayıt" Misli Premyer Liqasında bəlkə də mövsümdəki son vacib oyununa çıxır.

Rekord.az xəbər verir ki, Sumqayıt təmsilçisi "Səbail"i məğlub etsə, böyük ölçüdə Premyer Liqada yerini qoruyacaq.

Əldə etdiyimiz məlumata görə, "Sumqayıt" rəhbərliyi bu oyunda qələbə üçün böyük mükafat vəd edib. Məbləğ açıqlanmasa da, bunun qışdan sonra qoyulan ən böyük mükafat olduğu deyilir.