
“Sumqayıt” - “Səbail” matçında 6 qol
- 13 Noy 2021 19:00
- 569
Milli komandaların oyunları ilə əlaqədar futbol üzrə Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Sumqayıt” və “Səbail” komandaları bu gün yoxlama oyununda üz-üzə gəliblər.
Rekord.az xəbər verir ki, qarşılaşma Bakı Olimpiya Stadionunun köməkçi meydançasında baş tutub.
Altı qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib – 3:3.
“Səbail” noyabrın 20-də Azərbaycan Premyer Liqasının 11-ci turunda “Zirə”nin qonağı olacaq. “Sumqayıt” isə noyabrın 21-də səfərdə “Qəbələ” ilə üz-üzə gələcək.
Yoxlama oyunu
13 noyabr
Sumqayıt - Səbail 3:3
Qollar: Rəhim Sadıxov, 20; Yusif Nəbiyev, 36; 55 - Cavid Tağıyev, 42. Rauf Əliyev, 55-pen. Vidadi Cəfərov, 82.