Hazırda yaxşı günlərini yaşamayan "Sumqayıt" büdcəsinə uyğun olaraq, qış transfer çalışmalarına start verib.

Rekord.az xəbər verir ki, artıq ilk futbolçu ilə danışıqlara start verilib.

Söhbət komandanın sabiq futbolçusu Vüqar Bəybalayevdən gedir. "Bakı", "Xəzər Lənkəran", "Rəvan", "Səbail"də də forma geyinən Bəybalayev qısa dönəm Gürcüstanda da çıxış etdi. Bir müddətdir futboldan kənar qalan müdafiəçi 1 həftədir ki, "Sumqayıt"la danışıqlara aparır və razılıq əldə olunsa, onunla müqavilə bağlanacaq.