
"Sumqayıt" Rusiyada oynayan azərbaycanlını transfer etdi
- 11 Yan 2023 17:35
- 751
Rusiyanın “Arsenal” (Tula) klubunda çıxış edən Kamran Əliyev bundan sonra karyerasını Azərbaycanda davam etdirəcək.
Rekord.az xəbər verir ki, 24 yaşlı hücumçu “Sumqayıt”a keçir.
Bu gün “Sumqayıt”ın düşərgəsinə qoşulan əslən azərbaycanlı rusiyalı forvardın tezliklə rəsmi müqaviləyə imza atması gözlənilir.
Kamran Əliyev 2022-ci ilin iyul ayından “Arsenal”da çıxış edirdi.