AFFA İntizam Komitəsinin iclası keçirilib.

Rekord.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 33-cü turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Kəpəz-2” – “Sumqayıt-2” oyununun 70-ci dəqiqəsində “Sumqayıt-2” komandasının inzibatçısı Elnur Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanıb, “Sumqayıt-2” komandası 400 manat cərimə edilib.

“Qarabağ-2” – “Neftçi-2” oyununda “Qarabağ-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ-2” komandası 70 manat cərimə edilib.

“Səbail-2” – “Qəbələ-2” oyununda “Səbail-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Səbail-2” komandası 70 manat cərimə edilib.