Bu gün Misli Premyer Liqasının 32-ci turu çərçivəsində Qəbələdə "Kəpəz"in qonağı olacaq "Sumqayıt" səfərdə dəstəksiz qalmayacaq.

Rekord.az xəbər verir ki, Sumqayıt təmsilçisini dəstəkləmək üçün bu şəhərdən Qəbələy 5 avtobus azarkeşin gedəcəyi gözlənilir.

Rəhbərlik nəqliyyatın bütün xərclərini qarşılayacaq. "Sumqayıt"ı bu qarşılaşmada 150-200 arasıl azarkeşin dəstəkləyəcəyi gözlənilir.