Aqil Məmmədovun əməliyyat olunması, Kamran İbrahimovun inamsız təsir bağışlaması “Neftçi”nin qapıçı axtarışına çıxmasına zərurət yaradıb.

Rekord.az xəbər verir ki, “ağ-qaralar” “çərçivə qoruyucusu” problemini “Sumqayıt”ın qolkiperi Aydın Bayramovla həll etmək niyyətindədi. Amma Bayramovun klubla müqaviləsi var.

Məsələ ilə bağlı “kimyaçılar”ın mətbuat katibi Rəşad Məmmədovla əlaqə saxladıq:
 

“Aydının bizimlə müqaviləsi var. Qokiper sabah komanda ilə birgə Türkiyəyə yollanacaq. “Neftçi”nin qapıçımızla maraqlanmasını mən də mətbuatdan oxumuşam. Ancaq bu günə kimi paytaxt klubu Aydınla bağlı bizə müraciət etməyib”.



Mənbəmizin sözlərinə inansaq, təklif gələcəyi halda “Sumqayıt” Aydınla vidalaşa bilər. Ancaq bir şərtlə ki, “ağ-qaralar” qapıçının transferinə görə “gənclik şəhəri” təmsilçisinə 150 min manat ödəsin.