Sabah Rusiyanın "Krılya Sovetov" klubu ilə üz-üzə gələcək "Sumqayıt" bununla da Antalya toplanışını başa vuracaq.

Rekord.az xəbər verir ki, Samir Abasovun komandası hazırda dayaq yarımmüdafiəçi mövqeyinə oyunçu axtarır v bir neçə namizəd də var.

Alınsa, komanda Azərbaycana həmin futbolçu ilə qayıtmaq istəyir. Bu arada, Abasov qapıçı mövqeyinə yeni oyunçu alınmasını istəməyib. Baş məşqçi Aydın Bayramova güvənməkdə davam edəcək.