Andrey Popoviçin qəfil gedişi "Sumqayıt"ı çətin vəziyyətdə qoyub. 

Rekord.az xəbər verir ki, klub legioner qapıçı axtarışına çıxıb.

Bununla belə, hazırda heyətdə olan Aydın Bayramovu da saxlamağı düşünür. Halbuki, bir müddət öncə, onun gedişi gündəmdə idi. Çünki Popoviçin gəlişi ilə milliyə də dəvət alan əlcək sahibi ehtiyata düşmüşdü. Lakin qeyd etdiyimiz kimi, Popoviç artıq gedib. Eyni zamanda Tərlan Əhmədli də "Turan Tovuz"la müqavilə bağlayıb. Sumqayıt təmsilçisi Bayramovu da buraxsa, faktiki qapıçısız qalacaq.