"Sumqayıt" ondan qurtula bilmir
- 11:00
- 32
"Sumqayıt"ın baş məşqçisi Felipe Kandido Masaki Muratani gələcək planlarına daxil etməyib.
Lakin Rekord.az xəbər verir ki, buna baxmayaraq, futbolçunu göndərmək olmur.
Futbolçunun mövsümün sonuna kimi klubla müqaviləsi olduğu üçün son qəpiyinə kimi maaşını istəyir. Muratanın aylıq maaşının 8 min manat olduğunu nəzərə alsaq, "Sumqayıt" getməsi üçün ona 80 min dollar ödəməlidir. "Sumqayıt" üçün isə bu qədər təzminat çoxdur. Di gəl ki, futbolçu da güzəştə getmək istəmir.