
"Sumqayıt" "Neftçi"ni məğlub edib çempion oldu FOTOLAR
- 20 İyn 2022 10:15
- 516
Rekord.az xəbər verir ki, AFFA-nın təşkil etdiyi AFFA Coca-Cola U-13 Liqasında 2021/2022-ci illər mövsümünün qalibi müəyyənləşib.
Liqanın final oyununda “Neftçi” ilə qarşılaşan “Sumqayıt” rəqibini 1:0 hesabı ilə məğlub edərək qızıl medallara sahib olub.
Üçüncü yer uğrunda oyunda isə “Kəpəz” və “Şamaxı” üz-üzə gəlib. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.
Penalti seriyasını daha dəqiq yerinə yetirən “Kəpəz” mövsümü üçüncü pillədə başa vurub. Final qarşılaşmasından sonra mükafatlandırma mərasimi təşkil olunub.