
"Sumqayıt" Mirabdulla üçün "Neftçi"yə ağız açacaq
- 03 Yan 2022 12:00
- 807
Baqanı baş məşqçi postuna gətirən və Antalyaya toplanışa getməyə qərar verən “Sumqayıt” indi də heyətin gücləndirilməsi ilə məşğuldur.
Rekord.az xəbər verir ki, sumqayıtlılar “Neftçi”də oynamaq şansı qazanmayan Mirabdulla Abbasovu heyətinə qatmaq istəyir.
Təbii ki, icarə qaydasında. Lakin bir məsələ var ki, Mirabdullanın “Neftçi”dəki maaşı “Sumqayıt” üçün yüksəkdi. Buna görə də məsələni bu yöndən həll etmək lazımdır. Sumqayıt təmsilçisi maaşın ən azı yarısının “Neftçi” tərəfindən ödənilməsini istəyir. “Neftçi” isə bunu qəbul etmək istəmir. Məsələni düyünə salan da məhz bu məqamdı. Mirabdulla isə ikiqat az maaşa “Sumqayıt”da oynamaqdansa hazırkı maaşa “Neftçi”də ehtiyatda qalmağı daha üstün tutur.