Bu ildən legioner transferinə icazə verilən "Sumqayıt" bu yöndə çalışmalarını davam etdirir.

Rekord.az xəbər verir ki, Kobe Verdidən bir futbolçu transfer edən "Sumqayıt" hələ ki, bunun davamını gətirə bilmir.

Əldə etdiyimiz məlumata görə, rəhbərlik bir neçə futbolçu ilə danışıq aparır. Lakin təklif olunan maaş həmin futbolçuları qane etmədiyi üçün anlaşmaq mümkün olmur.